Namiq Ələsgərov əməliyyat olundu

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Yunanıstanın “Olimpiakos” klubu ilə ilk oyunda ciddi zədə alan Namiq Ələsgərov bu gün əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə “Neftçi”nin rəsmi saytı məlumat yayıb.

“Ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında əməliyyatın uğurlu alındığını bildirib:

“Üz-çənə cərrahı tərəfindən maksilyar hissədə icra olunmuş əməliyyat tam uğurla başa çatıb. Namiqin vəziyyəti stabildir. O, palataya yerləşdirilib, 1-2 günə evə buraxılacaq. Futbolçumuz təxminən 3 həftədən sonra fərdi məşqlərə başlaya biləcək”.

“Neftçi” “Olimpiakos”a ilk matçda 0:1 hesabıyla uduzub. Namiq Ələsgərob həmin görüşün ilk hissəsinin sonunda rəqib futbolçunun kobud oyunu nəticəsində ağır zədələnmiş və əvəzlənmişdi.

Komandalar arasındakı cavab oyunu iyulun 28-də Bakıda keçiriləcək.