Namiq Ələsgərov “Bursaspor”a qələbə qazandırdı

Futbol üzrə Türkiyə 1-ci liqasında 34-cü turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Namiq Ələsgərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Dənizlispor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Namiq də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da məhz Ələsgərov vurub. O, 30-cu dəqiqədə başla baxımlı qola imza atıb. Azərbaycanlı futbolçu 55-ci dəqiqədə daha bir qol vurmaq şansı qazansa da, penaltidən yararlana bilməyib.

“Bursaspor” 34 turdan sonra 35 xalla 19 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.