Namiq Ələsgərov ehtiyatda qaldı, “Bursaspor” uduzdu

Futbol üzrə Türkiyə 1-ci liqasında 4-cü turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Namiq Ələsgərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Altınordu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Namiq bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Bursaspor” 4 turdan sonra 1 xalla 19 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.