Namiq Ələsgərov oynadı, “Bursaspor” darmadağına üzüldü

Futbol üzrə Türkiyə 1-ci liqasında 7-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Namiq Ələsgərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Ankaragücü” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4.

Namiq də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və fasilədə əvəzlənib.

“Bursaspor” 7 turdan sonra 5 xalla 19 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.