Namiq Ələsgərov oynadı, “Bursaspor” evdə xal itirdi

Futbol üzrə Türkiyə 1-ci liqasında 33-cü turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Namiq Ələsgərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Gənclərbirliyi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Namiq də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib.

“Bursaspor” 33 turdan sonra 32 xalla 19 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.