Futbol üzrə Türkiyə 1-ci liqasında 28-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Namiq Ələsgərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Boluspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Namiq də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.
“Bursaspor” 28 turdan sonra 25 xalla 19 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.


