“Nant” “Lans”ı məğlub yola saldı

Futbol üzrə Fransa çempionatında 18-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Nant” doğma meydanda “Lans”ı qəbul edib. Beş qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Son ölkə çempionu “Lill” bu turda Lion “Olimpik”i ilə üz-üzə gələcək. Marsel “Olimpik”i isə “Strasburq” səfərinə yollanacaq.

Turun mərkəzi görüşü Parisdə keçiriləcək. Lider PSJ burda “Monako”nun müqavimətini qırmağa çalışacaq.

Fransa Liqa 1
18-ci tur
10 dekabr

Nant – Lans 3:2
Qol: Muani, 49; 57. Simon, 90 – Kosta, 7. Kalimuendo, 14.

11 dekabr

17:00. Brest – Monpelye
00:00. Reyms – Sent-Etyen

12 dekabr

16:00. Lill – (Lion)
18:00. Anje – Klermon
18:00. Mets – Loryan
18:00. Renn – Nitsa
18:00. Trua – Bordo
20:00. Strasburq – Olimpik (Marsel)
00:00. PSJ – Monako

Xəbəri sosial şəbəkələrdə paylaş: