Futbol üzrə Fransa çempionatında 28-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü iki qarşılaşma baş tutub.
“Monpelye” – “Nitsa” matçında qapılara qol vurulmayıb. “Trua” isə “Nant”ı tək qolla məğlub edib.
Çempionlar Liqasında “Real”a məğlubiyyətin üzüntüsünü yaşayan PSJ autsayder “Bordo”nu sınağa çəkəcək.
Marsel “Olimpik”i bu turda “Brest”in qonağı olacaq. Lion “Olimpik”i isə “Renn”lə qarşılaşacaq.
Fransa Liqa 1
28-ci tur
11 mart
Lill – Sent-Etyen 0:0
12 mart
Monpelye – Nitsa 0:0
Trua – Nant 1:0
Qol: Uqbo, 43.
13 mart
16:00 PSJ – Bordo
18:00 Anje – Reyms
18:00 Klermon – Loryan
18:00 Mets – Lans
18:00 Strasbur – Monako
20:05 Lion – Renn
23:45 Brest – Marsel


