“Napoli”nin idman direktoru Mauro Meluzo etiraf edib ki, Neapol komandasının oyunçuları klub bazasında “həbs” edilə bilərlər.
Arena.az məlumat verir ki, klubun müvafiq tədbiri komandanı düşdüyü “koma”dan çıxarmağa yönəlmiş addım kimi qəbul edilir.
Xatırladaq ki, son çempion İtaliya A Seriyasının 19-cu turu çərçivəsində “Torino” ilə səfər oyununda biabırçı məğlubiyyətə uğrayıb – 0:3. Klub rəhbərliyi A Seriyasının cari çempionu adını daşıyan komandaya belə rüsvayçılığı rəva görmür.
“Bu oyuna görə azarkeşlərimizdən üzr istəyirik. Komanda bir az tanınmazdır və biz onları necə kökləmək barədə düşünürük ki, hər şey qaydasına düşsün.
“Napoli” futbolçularının öz futbolunu daha yaxşı cəmləməyə kömək etmək üçün onları bazaya bağlamağı planlaşdırırmı? Bazada görüşüb qərar verəcəyik. Valter Massarri? Klub, mən və komanda ona güvənirik” deyə Meluzo bildirib.
İtaliya A Seriyasının birinci dövrəsindən, 19 turdan sonra “Napoli” 28 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. A Seriyasına 48 xalla “İnter” başçılıq edir.