Futbol üzrə İtaliya A Seriyasında 25-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Turun açılış matçında “Latsio” doğma meydanda “Bolonya” ilə qarşılaşıb. Meydan sahibləri bu oyunda darmadağına seviniblər.
“Torino” evdə “Venetsiya”ya ilə qarşılaşıb. Turinlilər doğma meydanda məğlubiyyətə üzülüblər.
Lider “İnter” isə çətin “Napoli” səfərinə yollanıb. Komandalar bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.
“Milan” “Sampdoriya”nı qəbul edəcək, “Yuventus” isə “Atalanta” ilə üz-üzə gələcək.
İtaliya A Seriyası
25-ci tur
12 fevral
Latsio – Bolonya 3:0
Qol: İmmobile, 13-pen. Zakkayni, 53; 63.
Napoli – İnter 1:1
Qol: İnsinye, 7-pen – Dzeko, 47.
Torino – Venetsiya 1:2
Qol: Brekalo, 5 – Haps, 38. Çrniqoy, 46.
13 fevral
15:30 Milan – Sampdoriya
18:00 Cenoa – Salernitana
18:00 Verona – Udineze
18:00 Empoli – Kalyari
21:00 Sassuolo – Roma
23:45 Atalanta – Yuventus
14 fevral
23:45 Spetsiya – Fiorentina


