“Napoli”də daha bir futbolçu koronavirusa yoluxdu

“Napoli” klubunun bir futbolçusu koronavirusa yoluxub.

Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, müdafiəçi Fauzi Qulamın koronavirus testinin müsbət çıxdığı bildirilib.

Əlcəzair millisinin də üzvü olan Qulam təcrid olunub və onun müalicəsinə başlanılıb.