“Napoli”nin yeni baş məşqçisi bəlli oldu

İtaliyanın “Napoli” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Arena.az xəbər verir ki, Neapol təmsilçisini bundan sonra Luçano Spalletti çalışdıracaq.

Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Spaletti ilə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Spalletti son olaraq “İnter”i çalışdırıb. İtalyan mütəxəssis 2019-cu ilin mayından işsiz idi. 62 yaşlı məşqçinin çalışdırdığı klublar arasında “Roma”, “Zenit”, “Udineze”, “Ankona”, “Venesiya”, “Sampdoriya” və “Empoli” də var.

Luçano Spalletti “Napoli”də bir neçə gün öncə istefaya göndərilmiş Cennaro Qattuzonu əvəz edib. Qattuzo da Neapol təmsilçisindən ayrılandan sonra “Fiorentina” ilə müqavilə imzalayıb.