Nasser Əl-Xelaifi ÇL-in cari tərtibatını bəyənir

PSJ-nin prezidenti, qətərli iş adamı Nasser Əl-Xelaifi Çempionlar Liqasının yeni yeni tərtibatını dəstəklədiyini açıqlayıb.

Arena.az “Marca” nəşrinə istinadən, Əl-Xelaifinin bu barədə fikrini təqdim edir:

“Düşünürəm ki, müvafiq tərtibar hamı üçün daha yaxşıdır. Siz bütün komandaların nəticələrini görürsünüz: daha çox rəqabət, daha çox gözlənilməzlik, daha çox iştirak. Daha da çox klub Avropada oynamaq arzusundadır. Nəhayət, hamının unutduğu məqam, yarışlarda belə, iştirak etməyən komandalar da daxil olmaqla, daha çox həmrəylik ödənişləri var”, deyə Nasser Əl-Xelaifi vurğulayıb.

Xatırladaq ki, 2024/2025-ci illər mövsümündən Çempionlar Liqası yeni tərtibar əsasında keçirilir. Yarışın əsas mərhələsində komandaların sayı 32-dən 36-ya çatdırılıb. Qrup mərhələsinin əvəzinə ümumi (və ya liqa) mərhələsi yaradılıb. Bütün klublar bir arada mübarizə aparırlar. Hər komanda üçün oyunların sayı isə 6-dan 8-ə yüksəldilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: