Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu 3-cü Liqanın 7-ci turu çərçivəsində baş tutan “Roy Vays Essen”lə qarşılaşmanın iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə səfərdə üz-üzə gəlib. Üç qolun qeydə alındığı qarşılaşma “Ersgebirge”nin məğlubiyyəti ilə başa çatıb – 1:2.
Dmitri Nazarov bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının kapitanı olan təcrübəli futbolçu 90-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Ersgebirge” 7 turdan sonra 3 xalla 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.