Nazim Bağırov İtaliya klubunda – Özəl

Azərbaycanlı yarımmüdafiəçi Nazim Bağırov bundan sonra karyerasını İtaliyanın “Maskaluça San Pio” klubunda davam etdirəcək.

Arena.az saytının əldə etdiyi məlumata görə, 24 yaşlı futbolçu İtaliya klubundan təklif alıb.

Artıq bütün məsələlərdə razılığa gələn tərəflər tezliklə rəsmi müqaviləyə imza atacaqlar. Azərbaycanlı futbolçu İtaliyanın gücünə görə 4-cü liqasında mübarizə aparan bu klubla 1 illik anlaşıb. O, tezliklə İtaliyaya yola düşərək rəsmi müqavilə bağlayacaq.

Qeyd edək ki, “Bakı”nın yetirməsi olan Nazim Bağırov son mövsümü “Zaqatala”da keçirib. Sağ cinah vingeri daha öncə Azərbaycanda “Sumqayıt” və “Neftçi”nin əvəzedici komandalarında da forma geyinib. O, Gürcüstanın “Şevardeni”, Polşanın “Podlyaska” klublarında da legioner həyatı yaşayıb.

Bağırov vaxtilə Azərbaycanın U-15, U-16 və U-19 yığmalarında da forma geyinib.