Futbol üzrə Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilməli olan “Nefçi” – “Qarabağ” oyunu ilə bağlı dəyişiklik edilib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, “Neftçi”nin ev oyunlarını keçirdiyi “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmadığına görə klub 7-ci turda “Qarabağ”a qarşı keçirəcəyi ev oyununun məkanının dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.
“Neftçi Arena”da aparılan təmir işlərinin yekunlaşmadığını, paytaxt klubunun rəsmi müraciətini, “Qarabağ”ın rəsmi razılığını rəhbər tutan Peşəkar Futbol Liqası aşağıdakı qərarları qəbul edib:
– Azərbaycan Premyer Liqasının 7-ci turunun “Nefçi” – “Qarabağ” oyunu ilə 15-ci turun “Qarabağ” – “Neftçi” oyununun yeri dəyişdirilsin.
– 7-ci turun “Qarabağ” – “Neftçi” oyunu 20 sentyabr saat 20:00-da “Azərsun Arena”da oynanılsın.
– Klubların əvəzedici heyətləri arasında baş tutacaq oyunların proqramı əvvəlcədən açıqlandığı kimi saxlanılsın.