“Neftçi” 6 cavabsız qolla ölkə kubokunun 1/4 finalında!

“Neftçi” futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Arena.az xəbər verir ki, 1/8 final mərhələsi çərçivəsində “Difai” komandasını qəbul edən “ağ-qaralar” 6:0 hesablı qələbə qazanıblar.

Paytaxt təmsilçisi növbəti raundda “Kəpəz”lə qarşılaşacaq.

Xatırladaq ki, daha öncə “Araz-Naxçıvan”, “Səbail”, “Sabah”, “Kəpəz” və “Qarabağ” da 1/4 finala vəsiqə qazanmışdılar. Qalan iki vəsiqənin da sahibi bu gün bəlli olacaq.

Azərbaycan kuboku
1/8 final
4 dekabr

Neftçi – Difai 6:0
Qollar: Yeqor Boqomolski, 21; 67. Murad Məmmədov, 25-pen. Yuri Matias, 27. Ağadadaş Salyanski, 57. Andrey Ştoqrin, 63.
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
Hakim-inspektor: Ramil Diniyev.
Bakı. “Neftçi Arena”.

Neftçi: 1. Emil Balayev (k), 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 4. Mark Tamaş, 44. Yuri Matias, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin, 20. Alfa Konte, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 30. Rüstəm Samiqullin, 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 23. Robert Bauer, 24. Mustafa Sek, 11. Kilan Lebon.
Baş məşqçi: Samir Abasov.

Difai: 1. Sahib Həsənov, 6. Əzəmət Ələkbərli, 55. Seymur Əliyev (k), 27. Tolqar Yaqubov, 17. Riad Abbaszadə, 8. Emil Quluzadə, 3. Əbil Əbilov, 32. Xəyyam Məmmədli, 66. Arzu Atakişiyev, 9. Kristian Kamta, 19. Muhammed Alfa.
Ehtiyat oyunçular: 85. Nail Alışov, 90. İlham Allahverdiyev, 10. Tahir Zeynalov, 77. Əli Mürsəlov, 44. Sərcan Omarov, 24. Rəvan Əvəzov, 11. Sənan Ağayev.
Baş məşqçi: Xaqani Məmmədov.

Xəbəri sosial şəbəkələrdə paylaş: