“Neftçi” “Alanyaspor”a qalib gəldi

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün Ərzurumdakı hazırlıq çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Roman Qriqorçukun baş məşqçilik etdiyi komanda Türkiyə Super Liqasında mübarizə aparan “Alanyaspor”la qarşılaşıb.

Baş məşqçi Roman Qriqorçuk “Alanyaspor”la oyunda bu heyətə güvənib: 93. Rza Cəfərov, 3. Höccət Haqverdi (19. Azər Salahlı, 68), 4. Mark Tamaş, 7. Azər Əliyev, 8. Emin Mahmudov (k), 9. Andre Şinyaşiki (77. Yeqor Boqomolski, 81), 10. Filip Ozobiç, 14. Edvin Kuç, 17. Rəhman Hacıyev (Alfa Konte, 83 / 91.Ağadadaş Salyanski, 89), 44. Yuri Matias, 99. Ervin Koffi.

“Palandöken Yüksek İrtifa Camp Facilities”də baş tutan matçda “ağ-qaralar” 3:1 hesablı qələbəyə seviniblər. Paytaxt təmsilçisinin qollarını Höccət Haqverdi (14-cü dəqiqə), Emin Mahmudov (45-ci dəqiqə) və Yuri Matias (64-cü dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi” Türkiyədə daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Növbəti yoxlama görüşü iyulun 17-də keçiriləcək. Rəqib Super Liqanın digər kollektivi “Sivasspor” olacaq.