“Neftçi” Almaniyanın 3-cü liqa klubu ilə qarşılaşacaq

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin ikinci yoxlama matçındakı rəqibi müəyyənləşib.

Arena.az xəbər verir ki, paytaxt komandasının rəqibi Almaniya 3-cü liqa təmsilçisi “Valdhof” olacaq.

Bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb. Manheym şəhərini təmsil edən bu rəqiblə görüş Belek bölgəsindəki “Qloriya Sports Arena”da keçiriləcək. Yanvarın 13-də baş tutacaq oyuna Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.

Xatırladaq ki, “Neftçi” Antalyadakı ilk yoxlama oyununda Türkiyənin “Ərzurumspor” komandasına məğlub olub – 1:3.