“Neftçi” “Araz-Naxçıvan”la matça 4 itki ilə çıxacaq

“Neftçi”nin 4 futbolçusu bu gün Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində baş tutacaq “Araz-Naxçıvan”la ev oyununu buraxacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, bərpa prosesi keçən qapıçı Emil Balayevlə yanaşı kəskin respirator virus infeksiyası diaqnozu ilə müalicə alan cinah müdafiəçisi Ömər Buludov bu matçı buraxmalı olacaqlar.

Dizindəki ağrılarla bağlı müalicəsi davam edən digər qolkiper Aqil Məmmədov da komandasına kömək edə bilməyəcək. Fərdi olaraq hazırlıq keçən yarımmüdafiəçi Ataa Caber də meydana çıxmayacaq.

Bu gün “Neftçi Arena”da keçiriləcək “Araz-Naxçıvan”la ev oyununa saat 19:00-da start veriləcək.