“Neftçi” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Kiprin “Aris” (Limassol) komandasına qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Arena.az xəbər verir ki, ərizədə 23 futbolçu yer alıb.
Baş məşqçi Laurentsiu Regekampfın ixtiyarında 3 qapıçı, 6 müdafiəçi, 13 yarımmüdafiəçi və cəmi 1 hücumçu var.
Qapıçılar: 1. İvan Brkiç, 30. Aqil Məmmədov, 93. Rza Cəfərov;
Müdafiəçilər: 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 6. Voyislav Stankoviç, 19. Azər Salahlı, 26. Ömər Buludov, 82. Rüfət Abbasov;
Yarımmüdafiəçilər: 5. Kenni Sayef, 7. Azər Əliyev, 8. Emin Mahmudov, 10. Sezar Meza Kolli, 14. Eddi İsrafilov, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 23. Ataa Caber, 24. Yusuf Laval, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli;
Hücumçu: 11. Qodsvey Donyo.
Qeyd edək ki, “Neftçi” ilə “Aris” arasındakı ilk oyun iyulun 21-də “AEK Arena”da keçiriləcək. Həmin oyuna Bakı vaxtı ilə saat 21:30-da start veriləcək. Cavab görüşü isə iyulun 28-də “Bakcell Arena”da keçiriləcək. İkinci oyuna saat 21:00-da start veriləcək.