“Neftçi” Asif Əliyevi yubileyi münasibətilə təbrik etdi

“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev və Müşahidə Şurasının üzvü Səməd Qurbanov veteran futbolçu Asif Əliyevi 65 illik yubileyi münasibətilə təbrik ediblər.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Yubilyara ən xoş arzularını çatdıran klub rəsmiləri ona xatirə hədiyyəsi təqdim ediblər.

Qeyd edək ki, Asif Əliyev 1973-1974, 1976-1985-ci illər ərzində “Neftçi”nin heyətində 258 oyun keçirib, 43 qol vurub. O, 1996, 1998, 1999-cu illərdə “Neftçi”nin baş məşqçisi olub.