Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Arena.az xəbər verir ki, günün ikinci yarımfinal görüşü iki paytaxt təmsilçisi – “Neftçi” və “Sabah” komandaları arasında baş tutub.
“Neftçi Arena”da keçirilmiş görüşdə FİFA referisi Əliyar Ağayev söz sahibi olub. Üç qolun qeydə alındığı oyun qonaqların qələbəsiylə başa çatıb.
Qeyd edək ki, Azərbaycan Kubokunda yarımfinalın cavab oyunları aprelin 23-də keçiriləcək.
Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunu
2 aprel
“Neftçi” – “Sabah” 1:2
Qollar: Yuri Matias, 22 – Azər Salahlı, 11-öz qapısına. Pavol Şafranko, 52.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
Bakı. “Neftçi Arena”.
Neftçi: 93. Rza Cəfərov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Elvin Camalov, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 13. Emil Səfərov, 47. Murad Məmmədov, 6. Rafael Quzzo, 22. Dembo Darboe, 77. Yeqor Boqomolski, 18. Ryonosuke Ohori.
Baş məşqçi: Samir Abasov.
Sabah: 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 15. Seymur Məmmədov, 88. Xəyal Əliyev, 18. Pavol Şafranko (k), 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepinitsa, 33. Umarali Raxmonaliyev.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 6. Abdulla Xaybulayev, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 4. Sofian Çakla, 11. Kahim Parris, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.