“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.
Arena.az xəbər verir ki, Bakı klubu 27-ci turda “Səbail”in qapısına üç cavabsız qol vurub.
Bununla da Premyer Liqada böyükhesablı qələbə qazanmayan komanda qalmayıb. 3-cü dövrənin son turuna qədər yalnız “Neftçi” üç və ya daha çox top fərqi ilə qalib gəlməmişdi.
Bütün komandaların mövsüm ərzində belə qələbə qazanması Azərbaycan çempionatları tarixində 4-cü belə hadisədir. Buna qədər 1995/1996, 2009/2010 və 2021/2022 mövsümlərində hər komanda ən azı bir dəfə üç və ya daha artıq top fərqi ilə qalib gəlmişdi.