“Neftçi” Ervin Koffi və Mark Tamaşı UEFA-ya sifariş etdi

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” yeni transferləri Ervin Koffi ilə Mark Tamaşı UEFA-ya sifariş edib.

Arena.az xəbər verir ki, hər iki müdafiəçinin adı Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin Bosniya və Herseqovina “Jelezniçar”ı ilə oyunları üçün iştirak ərizəsinə salınıb.

Əvəzində Serbiya “Partizan”ına keçəcəyi gözlənilən Matias Saldanyanın adı siyahıdan çıxarılıb. Bununla da iştirak ərizəsində olan oyunçuların sayı 27-yə çatıb.

Hazırda “ağ-qaralar”ın baş məşqçisi Adrian Mutunun sərəncamında 4 qapıçı, 10 müdafiəçi, 11 yarımmüdafiəçi və 2 hücumçu var.

Qapıçılar: 1. İvan Brkiç, 12. Emil Balayev, 30. Aqil Məmmədov, 93. Rza Cəfərov;

Müdafiəçilər: 3. Höccət Haqverdi, 4. Mark Tamaş, 19. Azər Salahlı, 26. Ömər Buludov, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 44. Yuri Matias, 82. Rüfət Abbasov, 84. Hüseyn Babayev, 99. Ervin Koffi;

Yarımmüdafiəçilər: 5. Kenni Sayef, 7. Azər Əliyev, 8. Emin Mahmudov, 10. Filip Ozobiç, 11. Kilan Lebon, 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 21. İsmayıl Zülfüqarlı, 23. Ataa Cabir, 27. Fərid Yusifli, 92. Ömər Qurbanov;

Hücumçular: 77. Yeqor Boqomolski, 91. Ağadadaş Salyanski.

Xatırladaq ki, “Neftçi” ilə “Jelezniçar” arasında ilk oyun sabah – iyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək. Bu oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Cavab görüşü isə avqustun 3-də 8-ci km stadionunda keçiriləcək. Həmin qarşılaşmanın start fiti də saat 21:00-da səslənəcək.