“Neftçi” yarımmüdafiəçisi Fəhmin Muradbəyli ilə müqaviləyə birtərəfli şəkildə xitam verib. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Futbolçuya xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Fəhmin Muradbəyli 2013-2018, 2020-2021-ci illər ərzində ağ-qara formada 94 oyunda meydana çıxıb, 8 qol vurub. O26 yaşlı futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında “Şamaxı”da keçirib. Muradbəyli Azərbaycanın U-21 yığmasının da sabiq üzvüdür.