Futbol üzrə Azərbaycan Birinci Divizionunda 23-cü tura yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.
Lider “Neftçi”nin əvəzediciləri səfərdə “Qaradağ Lökbatan”la qarşılaşıb. Bu oyundan inamlı qələbə ilə ayrılan qonaq komanda zirvədəki mövqeyini daha da möhkəmləndirib.
Birinci Divizion
23-cü tur
26 aprel
Qaradağ Lökbatan – Neftçi-2 0:2
Qol: Famil Camalov, 47. İsmayıl Zülfüqarlı, 90+6.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Tərlan Talıbzadə, Səbuhi Bayramov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
Turun digər oyunları:
Zaqatala – Keşlə-2 1:2
Sabah-2 – Sumqayıt-2 2:1
Turan Tovuz – Kəpəz 0:0
MOİK – Qarabağ-2 0:2


