“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində qarşılaşacağı “Kəpəz”lə matça 3 itki ilə çıxacaq. Arena.az xəbər verir ki, bu barədə klubun baş həkimi Şaiq Zöhrablı məlumat verib.
O, klubun “Youtube” kanalına açıqlamasında bildirib ki, Azər Əliyev, Vato Arveladze və Kenni Sayef hazırda zədələrini sağaltmaqla məşğuldur. Bu üzdən də onların “Kəpəz”lə matçda iştirakı gözlənilmir.
Qeyd edək ki, “Kəpəz” – “Neftçi” matçı bu gün Qəbələdə keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq oyuna saat 18:00-da start veriləcək.