“Neftçi” – “Keşlə” matçı FİFA referisinə tapşırıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 19-cu turun iki oyunu üçün bütün təyinatlar açıqlanıb.

Arena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, hər iki qarşılaşma FİFA referilərinə həvalə olunub.

Belə ki, “Sabah” – “Sumqayıt” matçını Əliyar Ağayev, “Neftçi” – “Keşlə” görüşünü isə Rauf Cabarov idarə edəcək.

Azərbaycan Premyer Liqası
19-cu tur
8 mart

16:00. “Sabah” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Səbuhi Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Kərim Ağayev.
Masazır. “Bank Respublika Arena”.

18:15. “Neftçi” – “Keşlə”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Nicat İsmayıllı.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “ASK Arena”.

Xəbəri sosial şəbəkələrdə paylaş: