“Neftçi” Konfrans Liqasında mübarizəni dayandırdı

“Neftçi” bu gün futbol üzrə Avropa Konfrans Liqasında növbəti oyununa çıxıb. Arena.az xəbər verir ki, “ağ-qaralar” bu turnirin 3-cü təsnifat mərhələsinin cavab oyununda Avstriyada Vyana “Rapid”i ilə üz-üzə gəlib.

Bu komandalar arasında Bakıda baş tutmuş ilk qarşılaşmada Azərbaycan təmsilçisi 2:1 hesablı qələbə qazanmışdı. Mərhələ adlamaq üçün “Neftçi”yə heç-heçə də bəs edirdi. Lakin təəssüf ki, əlavə vaxta gedən bu oyunun yekununda sevinən tərəf Avstriya təmsilçisi olub. Norveçli FİFA referisi Rohit Saqqinin idarə etdiyi matçda hesab 67-ci dəqiqədə açılıb. Əsas vaxt meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə yekunlaşdığı üçün, əlavə vaxt təyin olunub. Əlavə vaxtda daha bir qol vuran Vyana təmsilçisi mərhələ adlayan tərəf olub, Azərbaycan klubu isə avrokuboklarla vidalaşıb.

Bu cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcəkdi. Lixtenşteyndəki ilk oyunda qalib müəyyənləşməmişdi – 1:1. Cavab görüşündə “Vaduts” 4:2 hesablı qələbəyə sevinib. Beləliklə, pley-offda “Rapid”lə “Vaduts” üz-üzə gələcək.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
11 avqust

Rapid – Neftçi 2:0
Qol: M.Qrüll, 66. F.Druif, 113.
Hakimlər: Rohit Saqqi, Qeyr İsaksen, Morten Yensen, Sivert Öksnes Amland (hamısı Norveç).
Vyana, “Allianz” stadionu.

Rapid: 45. Niklas Hedl, 6. Kevin Vimmer, 7. Nikolas Kün, 9. Qvido Burqstaller, 13. Torsten Şik, 20. Maksimilan Hofmann (k), 22. Martin Kostselnik, 24. Patrik Qrayl, 27. Marko Qrüll, 29. Ante Bayiç, 34. Nikolas Satlberger.
Ehtiyat oyunçular: 21. Bernhard Unger, 25. Paul Qartler, 5. Roman Kerşbaum, 8. Kristof Knasmüllner, 10. Yusuf Dəmir, 19. Mixael Sollbauer, 23. Yonas Auer, 28. Morits Osvald, 38. Ferdi Druif, 39. Rene Krivak, 41. Bernhard Zimmerman, 43. Leopold Kverfeld.
Baş məşqçi: Ferdinand Feldhofer.
Neftçi: 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 2. Mert Çelik, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov.
Baş məşqçi: Laurentsiu Regekampf.