“Neftçi” Konfrans Liqasıyla da erkən vidalaşdı

Azərbaycan çempionu “Neftçi” bu gün Avropa Konfrans Liqasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Samir Abasovun çalışdırdığı kollektiv pley-off mərhələsi çərçivəsində “Makkabi” (Hayfa, İsrail) ilə cavab oyununu keçirib.

Bakıdakı ilk oyunda məhsuldar heç-heçə qeydə alınmışdı – 3:3. Cavab görüşündə isə mərhələ adlamaq istəyən komanda mütləq qalib gəlməliydi. Təəssüf ki, “Neftçi” səfər oyununda çox uğursuz çıxış edib. Dörd cavabsız qol vuran İsrail təmsilçisi Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Azərbaycan çempionu isə UEFA Çempionlar Liqası və Avropa Liqasının ardından, Konfrans Liqası ilə də erkən vidalaşıb.

Avropa Konfrans Liqası
Pley-offun cavab oyunu
26 avqust

“Makkabi” (Hayfa) – “Neftçi” 4:0
Qol: S.Menaxem, 20. Ö.Atzili, 45+2. D.Haziza, 52-pen. M.A.Fani, 69.
Baş hakim: Aleksandar Stavrev (Şimali Makedoniya).
Hayfa. “Sammi Ofer” stadionu.
İlk oyun – 3:3.

Makkabi: 44. Coşua Kohen, 2. Rayan Streyn, 5. Boqdan Planiç, 7. Ömər Atzili, 8. Dolev Haziza, 10. Tyaron Çeri (k), 12. San Menaxem, 14. Joze Rodriqes, 16. Məhəmməd Abu Fani, 21. Din Devid, 24. Ori Dahan.
Ehtiyat oyunçular: 30. Ariel Barduqo, 77. Royi Fuks, 3. Şon Qoldberq, 4. Əli Məhəmməd, 9. Ben Sahar, 11. Qodsvey Donyo, 15. Ofri Arad, 18. Yuval Aşkenazi, 25. Yosef Raz Meyr, 26. Məhəmməd Jaber, 33. Maor Levi, 55. Rami Gerşon.
Baş məşqçi: Barak Baxar.

Neftçi: 30. Aqil Məmmədov, 4. Huqo Basto, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Sezar Meza Kolli, 11. Harramiz Suares, 14. Romen Bask, 19. Fəhmin Muradbəyli, 20. Mert Çelik, 29. Sabir Buqrin, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abasov.