“Neftçi” “Olimpaikos”u keçə bilməsə, Finlandiyaya gedəcək

Futbol üzrə Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Yunanıstanın “Olimpiakos” komandasına iki oyunun nəticəsinə görə uduzsa, mübarizəni Avropa Liqasının 3-cü təsnifat mərhələsində davam etdirəcək. Arena.az xəbər verir ki, artıq bu iki komandanın Avroliqadakı potensial rəqibi də dəqiqləşib.

Belə ki, “Neftçi” – “Olimpiakos” cütünün məğlubu Avroliqanın 3-cü təsnifat mərhələsində Finlandiyanın HJK klubu ilə üz-üzə gələcək. Sözügedən komanda ÇL-in ikinci təsnifat mərhələsində İsveçin “Malmö” klubuna məğlub olub. İsveçdə baş tutan ilk oyunda Finlandiya çempionu 1:2 uduzub. Cavab görüşündə isə 2:2 hesabı qeydə alınıb. Beləcə, “Malmö” ÇL-in 3-cü təsnifat mərhələsində oynamaq hüququ qazanıbsa, HJK Avroliqada oynamaq məcburiyyətində qalıb.

“Neftçi” “Olimpiakos”a Yunanıstanda baş tutan ilk oyunda 0:1 hesabıyla uduzub. Bu komandalar arasındakı cavab qarşılaşması sabah Bakıda keçiriləcək.