Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, “ağ-qaralar” Misir təmsilçisi “Piramids”lə üz-üzə gəliblər.
“Məhəmməd bin Zayed” stadionunda baş tutmuş qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Azərbaycan təmsilçisinin yeganə qolunu 87-ci dəqiqədə Murad Məmmədov vurub.
Xatırladaq ki, Yuri Vernidubun rəhbərlik etdiyi paytaxt təmsilçisi ilk sınaq matçında “Kayrat”a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gəlmişdi. Komanda yanvarın 16-da keçiriləcək sonuncu oyunda Çinin “Çenqdu Ronqçenq” kollektivi ilə üz-üzə gələcək.
“Neftçi” cari mövsümün geridə qalmış hissəsində topladığı 20 xalla 8-ci pillədə qərarlaşıb. Komanda 16 oyunda 4 qələbə qazanıb, 8 heç-heçə edib, 4 məğlubiyyət görüb.


