“Neftçi” portuqaliyalı müdafiəçi transfer etdi – VİDEO

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Azərbaycan çempionu portuqaliyalı müdafiəçi Huqo Bastonu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, paytaxt təmsilçisinin heyətində “4” nömrəli formanı geyinəcək.

Huqo Bastonun son klubu “Eştoril” olub. O, geridə qalan mövsümdə bu komandanın heyətində 31 oyuna çıxıb, 3 qola imza atıb. Karyerası yalnız öz ölkəsi ilə bağlı olan 28 yaşlı müdafiəçi ilk dəfə legioner həyatı yaşayacaq. O, əvvəllər “Varzim”, “Braqa B”, “Aruka”, “Çaves” klublarının da formasını geyinib.

“Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfovu, eləcə də müdafiəçi Romen Baskı transfer etmişdi.