Futbol üzrə Azərbaycan Kubokunun bu gün keçiriləcək “Neftçi” ilə “Qəbələ” arasındakı final matçının hakim təyinatları bəlli olub.
Arena.az xəbər verir ki, bu gün “Bakcell Arena”da keçiriləcək həlledici qarşılaşma İnqilab Məmmədova həvalə edilib.
Ona yan xətt hakimləri Kamran Bayramovla Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.
FİFA referisi Əliyar Ağayev və Akif Əmirəli VAR hakimi təyin olunublar.
Xatırladaq ki, həlledici qarşılaşmaya saat 20:00-da start veriləcək. Finaldan öncə konsert proqramının təşkili də nəzərdə tutulub.
Azərbaycan Kuboku
Final
3 iyun
“Neftçi” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Vüsal Məmmədov, Tural Qurbanov.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Ehtiyat VAR: Cavid Cəlilov.
Ehtiyat köməkçi hakim: Rəhman İmami.
Bakı. “Bakcell Arena”, 20:00.