“Neftçi” qapıçılar üzrə yeni məşqçilər təyin etdi

Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün qalan hissəsinə hazırlaşan “Neftçi”nin məşqçilər heyətinə yeni təyinatlar olub.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, Atilla Küçüktaka və Fuad Əsədov bundan sonra əsas komandada qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcəklər. Hər iki mütəxəssislə 1,5 illik müqavilə bağlanıb.

Atilla Küçüktaka 1972-ci il martin 26-da Türkiyənin İzmir şəhərində anadan olub. O, vətənində “Nazilli Bələdiyyəspor”, “Bucaspor”, “Karşıyaka”, “Altınordu”, “Trabzonspor” və “Eyüpspor” klublarında çalışıb.

32 yaşlı Fuad Əsədov isə əvvəllər “Neftçi” Futbol Akademiyasının qapıçılar üzrə məşqçisi və koordinatoru olub, bu klubun əvəzedici komandasında çalışıb. O, “Rəvan” (U-19) və “Səbail” klublarında, həmçinin Azəraycanın U-17, U-18 və U-19 milli komandalarında da işləyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: