Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qarabağ”la ilk oyundan əvvəl “Neftçi”nin zədəli futbolçularının son durumu açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, komanda sözügedən oyuna itkilərlə çıxacaq. Belə ki, bərpa prosesini davam etdirən qapıçı Emil Balayevlə yanaşı əzələ gərilməsi diaqnozu ilə müalicə keçən mərkəz müdafiəçisi Mark Tamaş da bu matçı buraxmalı olacaq.
Xatırladaq ki, bu gün keçiriləcək “Neftçi” – “Qarabağ” oyununa saat 20:00-da start veriləcək.