“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində qarşılaşacağı “Qarabağ”la oyuna itkilərlə çıxacaq.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan derbisi ərəfəsində “ağ-qaralar”ın heyətində iki itki var. Uzun müddətdir zədəli olan Emil Balayev və Ataa Caber “Qarabağ”a qarşı oynamayacaqlar.
Digər zədəli oyunçular isə artıq komandaya qoşulublar. Onlar hazırda kollektivlə birlikdə məşq edirlər.
Xatırladaq ki, Azərbaycan çempionatlarının daimi iştirakçısı olan bu iki komandanın qarşılaşması martın 3-də “Neftçi Arena”da baş tutacaq. Oyuna saat 19:00-da start veriləcək.