“Neftçi” Rener Alveslə rəsmən vidalaşdı

“Neftçi” PFK mərkəz müdafiəçisi Rener Alves De Souza ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Braziliyalı futbolçuya təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb!

Qeyd edək ki, ötən ilin yayında “Neftçi”yə keçmiş Rener bu komandada rəsmi oyunda meydana çıxmayıb. Komandanın baş məşqçisi Samir Abasov bu müdafiəçi ilə vidalaşacaqlarını elə mövsüm bitən kimi açıqlamışdı.