“Neftçi” – “Səbail” 3:0 – VİDEO

Azərbaycan Premyer Liqasının 23-cü turunun “Neftçi” – “Səbail” matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Arena.az “Bakcell Arena”da baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir:

Azərbaycan Premyer Liqası
23-cü tur
18 fevral

“Neftçi” – “Səbail” 3:0
Qollar: Kenni Sayef, 8-pen. Emin Mahmudov, 48-pen. Mateus Saldanya, 74.
Sarı vərəqələr: Azər Əliyev, 6 (qeyri-idman hərəkəti). Eddi İsrafilov, 77 (qeyri-idman hərəkəti) – Elmir Tağıyev, 45 (qeyri-idman hərəkəti). Qustavo de Fransa, 45+3 (qeyri-idman hərəkəti). Emil Balayev, 47 (qeyri-idman hərəkəti). Qoba Zakpa, 72 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqəq; İkinci hissədə 3 dəqiqəq.

Baş hakim: Kamranbəy Rəhimov
Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Rahil Ramazanov
Dördüncü hakim: Rauf Allahverdiyev
VAR: Cavid Cəlilov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Saat 17:30. “Bakcell Arena”, 600 tamaşaçı.

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k) (14. Eddi İsrafilov, 60), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev (18. Vato Arveladze, 74), 6. Voyislav Stankoviç (2. Mert Çelik, 84), 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber (10. Sezar Meza Kolli, 60), 22. Kilan Lebon (21. İsmayıl Zülfüqarlı, 74), 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.

Səbail: 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 6. Cabir Əmirli, 8. Elmir Tağıyev (88. Matiya Lyuyiç, 46), 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 99. David Qomis (9. Mirabdulla Abbasov, 75), 30. Franko Mazurek (96. İlkin Muradov, 75), 5. Petro Stasyuk, 23. Qustavo de Fransa (15. Vüqar Həsənov, 60), 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 20. Mirəli Əhmədov, 27. Emil Martinov.
Baş məşqçi: Şahin Diniyev.