“Neftçi” Sloveniya klubuna məğlub oldu

Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün ikinci yoxlama matçına çıxıb. Arena.az xəbər verir ki, paytaxt təmsilçisi bu dəfə “Domjale” ilə üz-üzə gəlib.

“Ağ-qaralar” Sloveniya klubu ilə bu komandanın ev oyunlarını keçirdiyi stadionda üz-üzə gəlib. Qarşılaşmada hesabı bakılılar açıb. İlk hissənin ortalarında Emin Mahmudovun ötürməsindən sonra Namiq Ələsgərov rəqib qapısına yol tapıb. Amma meydan sahibləri buraxılan topun əvəzini elə ilk yarıdaca artıqlamasıyla çıxıblar. “Domjale” matçın sonlarında daha bir qol vurmaq şansı əldə edib. Lakin rəqib futbolçu penaltidən dəqiq yararlana bilməyib. Yeri gəlmişkən, hakimin penalti qərarına sərt etiraz edən Voyislav Stankoviç meydandan qovulub. Yekunda Sloveniya təmsilçisi bu görüşdən əzmkar qələbə ilə ayrılıb.

Toplanış çərçivəsində ilk yoxlama oyununu iyunun 21-də Sloveniyanın “Olimpiya” (Lyublyana) klubuna qarşı keçirən “Neftçi” həmin oyunda heç-heçəyə razılaşmışdı – 1:1. Samir Abasovun çalışdırdığı kollektiv iyunun 29-da Moskva “Spartak”ı ilə üz-üzə gələcək.

Yoxlama oyunu
21 iyun

Domjale – Neftçi 2:1
Qol: Namiq Ələsgərov, 24 – Benyamin Markuş, 33. Jiqa Repas, 39.
Matçın 87-ci dəqiqəsində Seniyad İbriçiç penaltidən yararlana bilməyib (kənara).

Neftçi: 12. Kamran İbrahimov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov (22. Mirabdulla Abbasov, 71), 8. Emin Mahmudov (k) (37. Vüsal Əsgərov, 71), 10. Sezar Meza Kolli, 11. Harramiz, 20. Mert Çelik (21. İsmayıl Zülfüqarlı, 62), 24. Yusuf Laval (19. Fəhmin Muradbəyli, 71), 29. Sabir Buqrin (26. Ömər Buludov, 36), 36. Mamadu Kane (72. Emin Zamanov, 71).
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Əlirza Müştəbəzadə, 70. Asim Əlizadə.