“Neftçi” – “Spartak” oyunu ləğv olundu

Bu gün Bakıda “Neftçi” ilə Rusiyanın “Spartak” (Moskva) komandası arasında keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşü ləğv olunub.

Arena.az xəbər verir ki, bu barədə Bakı klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu gün keçirilməli olan matç Rusiya klubunun xahişi ilə ləğv olunub. Buna Moskvada ötən gecə baş vermiş terror aktı və akt nəticəsində çox sayda insanın həlak olması səbəb göstərilib.

“Neftçi” PFK baş vermiş hadisəyə görə kədərləndiyini bildirib, başsağlığı verib.

Klubdan o da bildirilib ki, oyun üçün alınmış biletlər geri qaytarılacaq.

Xatırladaq ki, “Neftçi” və “Spartak” arasında yoldaşlıq matçı martın bu gün “Neftçi Arena”da keçirilməli idi. Qarşılaşmaya saat 18:00-da start verilməsi nəzərdə tutulmuşdu.