“Neftçi” “Spartak”la Bakıda yoldaşlıq oyunu keçirəcək

Azərbaycan Premyer Liqasında aparan “Neftçi” ilə Rusiyanın “Spartak” (Moskva) komandası arasında yoldaşlıq oyunu keçiriləcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yoxlama matçının martın 23-də keçirilməsi nəzərdə tutulub. Qarşılaşma Bakıdakı “Neftçi Arena”da təşkil olunacaq.

Xatırladaq ki, “Neftçi” ilə “Spartak” arasında ötən ilin iyul ayında Moskvada da yoldaşlıq oyunu keçirilmişdi. Həmin qarşılaşma Rusiya klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.