“Neftçi” “Srvena Zvezda” ilə bacarmadı

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” Antalya şəhərindəki hazırlıq prosesi çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, baş məşqçi Laurentsiu Regekampf yetirmələrini Serbiyanın “Srvena Zvezda” komandası ilə oyunda sınaqdan keçirib.

Məşqçilər korpusu bu oyunda aşağıdakı heyətə güvənib:

Start heyət: 1. İvan Brkiç, 3. Höccət Haqverdi, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voyislav Stankoviç, 7. Azər Əliyev, 8. Emin Mahmudov (k), 11. Qodsvey Donyo, 21. İsmayıl Zülfüqarlı, 23. Ataa Caber, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 94. Əlirza Müştəbazadə, 2. Mert Çelik, 16. Gilyerme Pato, 20. Vüsal Əgərov, 92. Ömər Qurbanov, 51. David Orucov, 18. Vato Arveladze, 22. Kilan Lebon, 26. Ömər Buludov, 91. Ağadadaş Salyanski.

“Calista Sport Center”də baş tutan görüşə Bakı vaxtı ilə saat 18:00-da start verilib. Qarşılaşma Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb – 0:1.

Xatırladaq ki, “Neftçi” bundan əvvəl Antalyada daha iki sınaq matçı keçirmişdi. Macarıstanın “Vaşaş” komandası ilə heç-heçə (1:1) edən “ağ-qaralar” Polşanın “Medz Leqnisa” kollektivinə də məğlub (1:2) olmuşdu.

Bununla da paytaxt təmsilçisinin Antalyadakı təlim-məşq toplanışı başa çatıb. Komanda sabah – yanvarın 20-də Bakıya qayıdacaq.