“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasının 34-cü turunda qarşılaşacağı “Turan Tovuz”la matçın hazırlığını yekunlaşdırıb.
Arena.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıblar.
Hazırlıq prosesindən sonra komanda üzvləri Tovuza yola düşüblər.
Paytaxt təmsilçisinin futbolçularından Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ramil Şeydayev, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən Tovuzda meydana çıxmayacaqlar. Elvin Camalov isə cəzalı olduğu üçün səfər görüşünü buraxacaq.
Qeyd edək ki, mayın 10-da Tovuz şəhər stadionunda keçiriləcək bu oyuna saat 19:30-da start veriləcək.