“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasının 24-cü turunda qarşılaşacağı “Turan Tovuz”la səfər oyununa itkilərlə çıxacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Rəhman Hacıyev və Azər Əliyev bu matçı buraxmalı olacaqlar. Komanda ilə məşqləri yenicə bərpa edən Andre Şinyaşiki də baş məşqçinin qərarı ilə “Turan Tovuz”la matçda iştirak edə bilməyəcək. Uzun müddətdir zədəli olan Emil Balayevlə Ataa Caber isə bərpa və müalicə prosesini davam etdirirlər.
Qeyd edək ki, sabah Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Neftçi” oyununa saat 15:00-da start veriləcək.