“Neftçi” yarımmüdafiəçisi Turan Vəlizadə ilə müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Yeni anlaşmaya əsasən, 20 yaşlı futbolçu 2023-cü il mayın 31-nə qədər “ağ-qaralar”a məxsus olacaq.
2020/21 mövsümünü icarə əsasında “Keşlə”də keçirən Vəlizadə daha 1 il müddətinə bu kluba icarəyə verilib.
Turan Vəlizadə 2018-2020-ci illər ərzində “Neftçi”nin heyətində 2 rəsmi oyunda meydana çıxıb.