“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

“Neftçi” yeni hücumçu transfer etdi – RƏSMİ

“Neftçi” heyətini yeni futbolçu – Ahmed Ahmedov ilə gücləndirib.

Arena.az xəbər verir ki, paytaxt klubu bolqarıstanlı hücumçunu icarəyə götürüb.

Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Bolqarıstanın ÇSKA (Sofiya) klubuna (2020-2021; 17 oyun, 1 qol) məxsus olan 25 yaşlı futbolçu icarə əsasında “ağ-qaralar”ın formasını geyinəcək.

Ahmed Ahmedov Bolqarıstanın “Çernomorets” (2013-2014), “Neftoximik” (2014-2015; 18 oyun, 2 qol), “Pomorie” (2015-2018; 85 oyun, 25 qol), “Dunav Ruse” (2018-2020; 49 oyun, 14 qol) klublarında çıxış edib.