“Neftçi”nin bir rəqibi dəyişdi

“Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi dəyişib. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Macarıstanın “Fehervar” klubu zədəlilərinin çox olmasını əsas gətirərək “Neftçi” ilə sınaq matçından imtina edib.

Buna görə də “ağ-qaralar” iyunun 24-də Sloveniyanın “Domjale” klubu ilə qarşılaşacaq.

“Domjale” stadionunda keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Matç “Neftçi” TV vasitəsilə canlı yayımlanacaq.

“Neftçi” Sloveniya toplanışı çərçivəsində ilk yoxlama oyununu iyunun 21-də “Kodeljevo Sport Ljubljana” stadionunda yerli “Olimpiya” (Lyublyana) klubuna qarşı keçirib (1:1). “Ağ-qaralar” iyunun 29-da Moskva “Spartak”ı ilə üz-üzə gələcək.