Futbol üzrə Azərbaycan çempionu “Neftçi”nin UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub.
Arena.az xəbər verir ki, “ağ-qaralar” reytinqinin aşağı olması səbəbindən səpələnməmişlər sırasında yer alacaq.
Ermənistan təmsilçisi “Alaşkert” səpələnmişlər səbətində yer alsa da, “Neftçi”yə rəqib olmayacaq.
UEFA Çempionlar Liqasında 1-ci və 2-ci təsnifat mərhələsinin püşkü iyunun 15-16-da atılacaq.
UEFA Çemponlar Liqası
1-ci təsnifat mərhələsi
Səpələnmişlər:
“Dinamo” (Zaqreb, Xorvatiya)
“Ludoqorets” (Bolqarıstan)
“Malmö” (İsveç)
“ÇFR Kluj” (Rumıniya)
“Legiya” (Polşa)
“Şerif” (Moldova)
“Ferentsvaroş” (Macarıstan)
“Şkendiya” (Şimali Makedoniya)
“Slovan” (Bratislava, Slovakiya)
“Alaşkert” (Ermənistan)
“Dinamo” (Tiflis, Gürcüstan)
“Jalgiris” (Litva)
“Flora” (Estoniya)
“Buduçnost” (Monteneqro)
“Kayrat” (Qazaxıstan)
“Linkoln” (Cəbəllütariq).
Səpələnməmişlər:
“Riqa” (Latviya)
HİK (Helsinki, Finlandiya)
“Linfild” (Şimali İrlandiya)
“Fola Eş” (Lüksemburq)
“Şaxtyor” (Soliqorsk, Belarus)
“Neftçi” (Azərbaycan)
“Makkabi” (Hayfa, İsrail)
“Konnas-Ki Nomads” (Uels)
“Şemrok Rovers” (İrlandiya)
“Valyur” (İslandiya)
“Bude Qlimt” (Norveç)
“Mura” (Sloveniya)
“Teuta” (Albaniya)
İlkin mərhələnin qalibi
“Borats” (Banya-Luka, Bosniya və Herseqovina)
“Hamrun Spartans” (Malta).